Yeni dövr · Yeni qaydalar

Kod yazmadan
AI sistemləri qur.

Kod bilmədən biznes proseslərini avtomatlaşdır, ideyanı real məhsula çevir və 24/7 işləyən canlı AI sistemlər qur.

3 gün geri qaytarma zəmanəti ✓ İstənilən vaxt dayandır ✓ Hər ay yeni dərslər

▶ 2 dəqiqədə: sistem necə işləyir

Prompt mühəndisliyiN8N avtomatlaşdırma AI agentlərdən ibarət şirkətAI ilə məhsul yaratma Məzmun istehsalıCanlı onlayn görüşlər Prompt mühəndisliyiN8N avtomatlaşdırma AI agentlərdən ibarət şirkətAI ilə məhsul yaratma Məzmun istehsalıCanlı onlayn görüşlər
01 — Niyə indi?

AI dövrünün tamaşaçısısan,
Yoxsa öz sisteminin ağası?

/ 01

Prompt kopyalayırsan

İnternetdən tapdığın hazır promptlarla post yazdırırsan, şəkil düzəldirsən. Bu, AI-ı işlətmək deyil, onunla əylənməkdir.

/ 02

Əsl oyun arxa plandadır

Rəqiblərin heç bir kod bilmədən biznes proseslərinin böyük hissəsini avtomatlaşdırır. Sən hələ chatbot pəncərəsindəsən.

/ 03

Alət yox, sistem lazımdır

Bir alət öyrənirsən, 3 aya köhnəlir. Lazım olan alət deyil, dəyişən alətlərə uyğunlaşan sistem qurmaq bacarığıdır.

02 — Bu nədir?

Bir dəfəlik kurs deyil —
hər ay yenilənən canlı ekosistemdir.

Mən İmamverdi Behbudlu — AI sistemləri quraraq bizneslərin vaxt və resurs itkisini aradan qaldırmağa kömək edirəm. Sahibkarlara, məhsul sahiblərinə və komandalara AI alətlərini nəzəriyyə ilə yox, birbaşa praktiki iş axınları ilə öyrədirəm.

🔄 Netflix kimi aylıq abunəlik formatındadır Çünki AI alətləri çox tez dəyişir və köhnəlir. Burada isə hər ay ən son texnologiyalara uyğun yeni dərslər əlavə olunur.
🎯 Dərsləri məhz üzvlər seçir Sənin biznesində hansı addım axsayırsa, təlim daxili sorğularda iştirak edərək, növbəti ayın dərs mövzularının seçimində sən də iştirak etmiş olursan.
🤝 Canlı sual-cavab və icma dəstəyi Video izləyib tək qalmırsan. Onlayn müzakirə görüşlərində və sual-cavab bölməsində sistemini qurarkən ilişdiyin yerləri birgə həll edirik.
03 — Tədris planı

Nələri öyrənəcəksən?

/ 01

Prompt mühəndisliyi

AI-dan sıradan mətni yox, biznesində dərhal istifadə edəcəyin 10x dəqiq nəticələri almağın metodu. Kontekst qurma, rol təyini və mürəkkəb tapşırıqları bir dəfəyə həll etdirmə bacarığı.

/ 02

N8N ilə avtomatlaşdırma

Gündəlik 3-4 saatlıq monoton işlərə son qoy. Müştəri sorğularını, CRM qeydlərini və satış bildirişlərini kod yazmadan bir-birinə bağla. Sistem 1 dəfə qurulur, 24/7 avtomatik işləyir.

/ 03

AI ilə məhsul yaratma

Proqramçılara minlərlə manat vermədən ideyanı işlək məhsula çevir — sayt, veb-tətbiq və ya daxili alət. Kod yazmadan — yalnız düzgün məntiq və Claude Code ilə.

/ 04

AI ilə məzmun istehsalı

1 aylıq marketinq məzmununu 2 saata hazırla. Mətn, şəkil, səs və video istehsalını avtomatik konveyer sisteminə bağlayaraq hər dəfə sıfırdan başlamaq əziyyətindən azad ol.

/ 05

Bütün əməkdaşları AI olan şirkət

Özünə qatbaqat aşağı qiymətə AI köməkçilər komandası qur. Satış agenti, SMM agenti və Analitik agentini bir-birinə bağla — onlar tapşırıqları icra etsin, sən rəhbər mövqeyində qal.

/ bonus

Hər ay yeni dərslər + canlı görüşlər ✦

Rəfdə qalan kurs yox, həmişə yenilənən icma. Hazır N8N şablonları, canlı sual-cavab görüşləri və üzvlərin tələbi ilə hər ay əlavə olunan yeni dərslər.

04 — Üzvlərin sözü

İlk həftədən sonra nə deyirlər?

"Düzünü desəm, əvvəlcə növbəti bir video kurs olacağını düşündüm. Amma N8N avtomatlaşdırma dərslərindən sonra ilk həftədən müştəri sorğularının cavablandırılmasını avtomatik sistemə bağladım. Təkcə bu ay 15 saatdan çox vaxtıma qənaət etdim."

T
Tural Əliyev
Biznes Sahibi

"Kodlaşdırma haqqında heç bir anlayışım yox idi, ona görə bir az tərəddüd edirdim. Amma İmamverdi müəllimin izah tərzi o qədər sadədir ki, hazır şablonlarla pasiyent registrasiyası üçün AI promptlarını qurdum. Zəmanətin olması qərarımı çox rahatlaşdırdı."

L
Leyla Məmmədova
Klinika Rəhbəri

"Dərslər 5-10 dəqiqəlik yığcam modullardır, vaxt aparmır. Xüsusən AI ilə Məzmun Konveyeri hissəsi marketinq işlərimi 3 dəfə sürətləndirdi. Hər ay yeni dərslərin gəlməsi və canlı sual-cavab görüşləri bu icmanı qiymətindən qat-qat dəyərli edir."

R
Rəşad Həsənov
Məzmun Strategisti
05 — Qiymət

AI sistemlərinə yatıracağın bu 39 AZN,
hər ay sənə 20+ iş saatı qazandıracaq.

Aylıq abunəlik 39 AZN-dir. Bir avtomatlaşdırma qurub ayda 20 saat qazanırsan. Sənin 20 saatın 39 AZN-dən ucuzdursa, bu təlim sənə lazım deyil.

Aylıq
39 AZN / ay

İstənilən vaxt dayandır. Öhdəlik yoxdur.

  • Təlimə aid video dərslərə tam çıxış
  • Hər ay yeni AI dərsləri
  • Aktiv sual-cavab bölməsi
  • Onlayn müzakirə görüşləri
  • MAINSET icması
  • Hazır avtomatlaşdırma şablonları
Aylıq başla →

Skool-da qeydiyyatdan keçəndə məbləği USD-də görəcəksiniz ($19 / $139). ƏDV ilə birlikdə kartınızdan təxminən 39 AZN / 279 AZN çıxacaq — sürpriz olmasın deyə əvvəlcədən deyirəm 🙏

3GÜN

Risk məndədir, səndə deyil.

Qoşulduqdan sonra 3 gün ərzində sənlik olmadığını düşünsən, sadəcə bir mesaj yaz. Səbəb soruşmadan, mübahisəsiz, tam məbləği geri qaytarıram. Nə forma doldurmaq lazımdır, nə də əsaslandırmaq.

06 — Suallar

Ağlına gələn hər sual.

Kod bilmirəm. Mənlik olacaq?
Bəli, tamamilə — təlim məhz kod bilməyənlər üçün hazırlanıb. Bütün avtomatlaşdırmalar n8n və Make kimi vizual alətlərlə (sürüklə-burax məntiqi ilə), məhsul yaratmaq isə Claude Code kimi sadə yazışmalar qəbul edən AI alətləri ilə edilir.

Kod dili öyrənməyə ehtiyac yoxdur — sən sadəcə məntiqi və ideyanı azərbaycan dilində yazırsan, kod hissəsini AI özü həll edir. Texniki olaraq haradasa ilişsən, icmada sualını yaza bilirsən və ya onlayn görüşlərdə ekranı açıb addım-addım izah edirik.
Vaxtım azdır. Nə qədər vaxt tələb edir?
Video dərslər bölmə-bölmə yerləşdirilib. Bəzi dərslər 5 dəqiqə, bəziləri 50 dəqiqədir. İstədiyin vaxt, istədiyin yerdən izləyə bilirsən. Həftədə 1–2 saat kifayətdir. Əslində elə vaxtın olmadığı üçün bu təlim lazımdır: öyrənəcəyin avtomatlaşdırmalar hər gün sənə saatlar qazandıracaq.
Ödəniş necə edilir?
Ödəniş Skool platforması üzərindən Visa / MasterCard ilə edilir. Kartının onlayn beynəlxalq ödənişlərə açıq olduğundan əmin ol — bir çox bankda bu, mobil tətbiqdən bir kliklə aktivləşdirilir. Problem yaşasan, WhatsApp-dan yaz, birlikdə həll edək.
Niyə USD-də görürəm, amma AZN çıxılır?
Skool beynəlxalq platformadır və qiymətləri USD-də göstərir ($19/ay və ya $139/il). Bankın bunu AZN-ə çevirir və üzərinə ƏDV əlavə olunur — nəticədə kartından təxminən 39 AZN / 279 AZN çıxır. Gizli ödəniş yoxdur.
Abunəliyi istədiyim vaxt dayandıra bilərəmmi?
Bəli. Skool-da profil bölməsindən bir kliklə ləğv edirsən — nə zəng, nə yazışma, nə də "səbəbini deyin" mərhələsi yoxdur. Ləğv etdikdən sonra ödəniş dövrünün sonuna qədər icmaya və dərslərə girişin qalır.
Geri qaytarma zəmanəti həqiqətən də şərtsizdir?
Bəli. Qoşulduğun gündən 3 gün ərzində "mənlik deyil" yazsan, məbləği tam qaytarıram. Səbəb soruşmuram, forma doldurtmuram, saxlamağa çalışmıram. İllik plan üçün də eyni qayda keçərlidir. Amma unutma ki, əgər 3 gündən artıq qoşulmusansa, ödəniş geri qaytarılmır.
Dərslər hazırdır, yoxsa yavaş-yavaş açılır?
Mövcud modullar qoşulduğun anda tam açıqdır — gözləmək lazım deyil. Bunun üstünə hər ay yeni dərslər əlavə olunur və mövzular üzvlərin tələbi ilə seçilir. Yəni platformada nə qədər çox qalsan, o qədər çox alırsan.
Sıfırdan başlayanlar, yoxsa artıq AI istifadə edənlər üçündür?
Hər ikisi üçün. Sıfırdan başlayanlar üçün əsaslardan gedən ardıcıl yol var. AI-ı artıq aktiv işlədənlər isə birbaşa avtomatlaşdırma və sistem qurma modullarına keçə bilər. İcmada hər iki səviyyədən insanlar var.
Sual verə biləcəyəm, yoxsa tək video baxacam?
Bəli, əlbəttə. Onlayn görüşlərdə birbaşa sual verirsən. İcma bölməsində istənilən vaxt sual yazırsan — həm mən, həm digər üzvlər cavablandırır. Ən yaxşı nəticələri məhz sual verənlər alır.

Dövr dəyişdi.
Sən hələ də gözləyirsən?

AI dövrünə tamaşaçı kimi baxacaqsan, yoxsa səhnədə olacaqsan? Qərarı ver — qalanı mənlikdir.

39 AZN-ə başla →

3 gün geri qaytarma zəmanəti · İstənilən vaxt dayandır

39 AZN / ay 3 gün zəmanət
Başla →