Kod bilmədən biznes proseslərini avtomatlaşdır, ideyanı real məhsula çevir və 24/7 işləyən canlı AI sistemlər qur.
▶ 2 dəqiqədə: sistem necə işləyir
İnternetdən tapdığın hazır promptlarla post yazdırırsan, şəkil düzəldirsən. Bu, AI-ı işlətmək deyil, onunla əylənməkdir.
Rəqiblərin heç bir kod bilmədən biznes proseslərinin böyük hissəsini avtomatlaşdırır. Sən hələ chatbot pəncərəsindəsən.
Bir alət öyrənirsən, 3 aya köhnəlir. Lazım olan alət deyil, dəyişən alətlərə uyğunlaşan sistem qurmaq bacarığıdır.
Mən İmamverdi Behbudlu — AI sistemləri quraraq bizneslərin vaxt və resurs itkisini aradan qaldırmağa kömək edirəm. Sahibkarlara, məhsul sahiblərinə və komandalara AI alətlərini nəzəriyyə ilə yox, birbaşa praktiki iş axınları ilə öyrədirəm.
AI-dan sıradan mətni yox, biznesində dərhal istifadə edəcəyin 10x dəqiq nəticələri almağın metodu. Kontekst qurma, rol təyini və mürəkkəb tapşırıqları bir dəfəyə həll etdirmə bacarığı.
Gündəlik 3-4 saatlıq monoton işlərə son qoy. Müştəri sorğularını, CRM qeydlərini və satış bildirişlərini kod yazmadan bir-birinə bağla. Sistem 1 dəfə qurulur, 24/7 avtomatik işləyir.
Proqramçılara minlərlə manat vermədən ideyanı işlək məhsula çevir — sayt, veb-tətbiq və ya daxili alət. Kod yazmadan — yalnız düzgün məntiq və Claude Code ilə.
1 aylıq marketinq məzmununu 2 saata hazırla. Mətn, şəkil, səs və video istehsalını avtomatik konveyer sisteminə bağlayaraq hər dəfə sıfırdan başlamaq əziyyətindən azad ol.
Özünə qatbaqat aşağı qiymətə AI köməkçilər komandası qur. Satış agenti, SMM agenti və Analitik agentini bir-birinə bağla — onlar tapşırıqları icra etsin, sən rəhbər mövqeyində qal.
Rəfdə qalan kurs yox, həmişə yenilənən icma. Hazır N8N şablonları, canlı sual-cavab görüşləri və üzvlərin tələbi ilə hər ay əlavə olunan yeni dərslər.
"Düzünü desəm, əvvəlcə növbəti bir video kurs olacağını düşündüm. Amma N8N avtomatlaşdırma dərslərindən sonra ilk həftədən müştəri sorğularının cavablandırılmasını avtomatik sistemə bağladım. Təkcə bu ay 15 saatdan çox vaxtıma qənaət etdim."
"Kodlaşdırma haqqında heç bir anlayışım yox idi, ona görə bir az tərəddüd edirdim. Amma İmamverdi müəllimin izah tərzi o qədər sadədir ki, hazır şablonlarla pasiyent registrasiyası üçün AI promptlarını qurdum. Zəmanətin olması qərarımı çox rahatlaşdırdı."
"Dərslər 5-10 dəqiqəlik yığcam modullardır, vaxt aparmır. Xüsusən AI ilə Məzmun Konveyeri hissəsi marketinq işlərimi 3 dəfə sürətləndirdi. Hər ay yeni dərslərin gəlməsi və canlı sual-cavab görüşləri bu icmanı qiymətindən qat-qat dəyərli edir."
Aylıq abunəlik 39 AZN-dir. Bir avtomatlaşdırma qurub ayda 20 saat qazanırsan. Sənin 20 saatın 39 AZN-dən ucuzdursa, bu təlim sənə lazım deyil.
İstənilən vaxt dayandır. Öhdəlik yoxdur.
AI-də 12 ay ardıcıllıq 1 aylıq maraqdan güclüdür.
Skool-da qeydiyyatdan keçəndə məbləği USD-də görəcəksiniz ($19 / $139). ƏDV ilə birlikdə kartınızdan təxminən 39 AZN / 279 AZN çıxacaq — sürpriz olmasın deyə əvvəlcədən deyirəm 🙏
Qoşulduqdan sonra 3 gün ərzində sənlik olmadığını düşünsən, sadəcə bir mesaj yaz. Səbəb soruşmadan, mübahisəsiz, tam məbləği geri qaytarıram. Nə forma doldurmaq lazımdır, nə də əsaslandırmaq.
AI dövrünə tamaşaçı kimi baxacaqsan, yoxsa səhnədə olacaqsan? Qərarı ver — qalanı mənlikdir.
39 AZN-ə başla →3 gün geri qaytarma zəmanəti · İstənilən vaxt dayandır